Çelenc Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün 1/16 final mərhələsində ilk matçına çıxıb.
Prosport.Az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşmada komandamızın rəqibi Yunanıstanın “Panatinaikos” klubu olub.
Görüş qonaqların üstünlüyü ilə keçib. İlk setdə 25:20 hesabı ilə qalib gələn yunanlar sonrakı hissələri 25:17 və 25:20 hesabları ilə üstün başa vuraraq matçın qalibi olub – 3:0.
Cütün cavab oyunu noyabrın 29-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək.
Çelenc Kuboku
1/16 final (ilk oyun)
“Xarı Bülbül Şuşa” – “Panatinaikos” 0:3 (20:25, 17:25, 20:25)

