"Gəncə" basketbol komandası heyətinə yeni oyunçu cəlb edib.
Prosport.Az xəbər verir ki, ABŞ-dən olan Donovan Filds mövsümün sonuna kimi "sarı-göylər"in şərəfini qoruyacaq.
27 yaşlı basketbolçu pleymeyker mövqeyində oynayır. O, son olaraq İrlandiya çempionatında "Seynt Vinsent" klubunda çıxış edib.
Qeyd edək ki, "Gəncə" Azərbaycan Basketbol Liqasında 5 xalla 8-ci sıradadır.