18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında keçirdiyi 2-ci oyununda da məğlub olub.
Prosport.Az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukraynaya müqavimət göstərə bilməyib.
Ötən gün ev sahiblərinə uduzan (0:3) millimiz ukraynalılara da eyni hesabla yenilib – 0:3 (9:25, 8:25, 13:25).
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.