Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Millətlər Liqasında Kipr və Farer adalarına qarşı keçirəcəyi oyunların məkanı və başlama vaxtı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Kipr yığması ilə oyun dekabrın 1-də, Bakı vaxtı ilə saat 21:00-da Limassoldakı “Limassol” stadionunda gerçəkləşəcək.
Farer adaları ilə qarşılaşma isə saat 19:00-da Mərdəkandakı “Dalğa Arena”da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan millisi 4 oyundan sonra 10 xalla qrup lideridir. 2-ci pillədəki Kiprin 7, 3-cü yerdəki Monteneqronun 6 xalı var. Autsayder Farer adalarının isə xalı yoxdur.