Sabah AFFA-nın fövqəladə iclası keçiriləcək.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
"Noyabrın 22-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək. Saat 10:00-da federasiyanın inzibatı binasında başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmaması daxil edilib.".
Qeyd edək ki, italiyalı 2020-ci ilin avqustundan milli komandaya rəhbərlik edir. Onun AFFA ilə müqaviləsi bu ayın sonunda başa çatacaq.