Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi istefa verib.
Prosport.Az xəbər verir ki, 62 yaşlı mütəxəssis komandasına AÇ-2024-ün final mərhələsinə vəsiqə qazandırsa da, vəzifəsindən ayrılmaq qərarına gəlib.
O, seçmə mərhələnin Moldova (3:0) ilə son turunun matçından sonra qərarını açıqlayıb. Onun komandası E qrupunda ikinci yeri tutaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Qeyd edək ki, Yaroslav Şilqavi 2018-ci ildən Çexiya yığmasını çalışdırırdı. Komanda onun rəhbərliyi altında AÇ-2020-nin 1/4 finalına qədər irəliləyib.