Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Haram olsun Azərbaycanda qazandıqların" – YAZI + VİDEO
    20.11.2023 17:16:56

    Haram olsun, boğazımızdan kəsilib sənə verilən pullar!..

    Bu sözlər Canni De Byaziyə şamildir. O De Byazi ki, həmkarımız İlkin Fikrətoğlunun Brüsseldə tənqidi sualları qarşısında tab gətirməyib, Cəbəllüttariqin də Fransaya 0:14 hesabı ilə uduzduğunu gözümüzə soxub və bununla da Azərbaycanı cırtdan ərazi ilə, bəli, bəli, heç müstəqil ölkə statusu olmayan ərazi ilə müqayisə edib. Dünənki mətbuat konfransında Sinyor de Byazi özünü bizlərə tamamilə tanıtdı. Deyilənə görə, mətbuat konfransında 0:5 hesablı məğlubiyyətə haqq qazandırmaq üçün "siz vaxtı ilə Fransaya 0:10 hesabı ilə uduzmuş ölkəsiniz" də deyib.

    Əhsən, nə deyəsən beləsinə. Onu gətirdilər ki, müasir Albaniya millisinin işıqlı gələcəyini Azərbaycanda – qədim Albaniyanın varisində də təkrarlatsın, o isə neynir? Bizi təhqir edir. Burnundan gəlsin, qazandıqların!

    "Futbol+"in baş redaktoru Mahir Rüstəmlinin "Azərbaycanı tərk etsə, bizim jurnalistlər üçün darıxacaqsınızmı?" sualına verdiyi cavaba baxın: “Əlbəttə yox, mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Heç nə bilmirlər, axmaq suallar verirlər və sadəcə axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. "Fiat 500" ilə "Ferrari"yə qalib gələ bilməyəcəyinizi görməyə qadir deyillər". 

    Bizim tərcüməçi bunu bu formada azərbaycanlı jurnalistlərə çatdırmasa da, De Byazi yanındakı qadın əməkdaşa belçikalılara bunu tərcümə etməyi xahiş edib ki, onlar başa düşsün. Daha sonra konfransı erkən tərk edərkən yıxılmağa az qalıb və çıxış qapısını dəyişik salıb. Sonradan AFFA-nın baş katibi Sərxan Hacıyev bu hərəkətə görə üzr istəyib. Ancaq üzr istəməli və dəyişik saldığı qapıdan birdəfəlik yola salınmalı olan şəxs elə De Byazidir.

    AFFA-dakılar artıq anlamalıdır ki, adında Can olan hər adamdan bizə can olmaz. İstefa mütləqdir, Qazaxıstan bu gün Avropa çempionatı üçün Azərbaycana pley-off şansı saxlasa da, saxlamasa da. Qoca Foqts Osiyekdə 0:6-dan sonra istefa verməli olmuşdu, gərək mütləqdirmi ki, 0:6 təkrarlansın? Bəxti gətirdi ki, qarşı tərəfdəki həmkarı yerlisi Domeniko Tedesko idi. İtalyan məşqçi Lukakunu çıxarmasaydı, inanın, Xorvatiya, Portuqaliya və ya Polşa faciələri təkrarlanacaqdı.

    Bəli, Belçika millisi bizdən güclüdür. Futboldur, 0:5 hesabı qeydə alına bilər. Ancaq qol vurmaq cəhənnəm, tarixinin ən güclü Azərbaycan yığması adlandırılan bu milli rəqib qapısını 1 dəfə də nişan almağı bacarmırsa, onda hansı məşqçi işindən söhbət gedə bilər?! Sonda onu da xatırladım ki, 12 il əvvəl həmin Yan Vertonqen və Romelu Lukakunun çıxış etdiyi Belçika millisinə 1 seçmə mərhələdə 2 qol vurmağı bacaran da Azərbaycan millisi olmuşdu. Bir neçə gün əvvəl "Zenit"lə matçda vida oyununa çıxan Ruslan Abışovdan yenidən geri dönməyimi tələb edək və ya Rauf Əliyevə Belçikaya necə qol vurmağı öyrətməyimi xahiş edək? Həmin Belçika millisinin müdafiəsində Vertonqendən başqa, Daniel Van Buyten, Vensan Kompani, Tobias Alderveyreld, yarımmüdafiəsində Maruan Fellaini, Aksel Vitsel, ön xəttində Eden Azar, Dris Mertens kimi futbolçular oynayırdı. Düşünməyə dəyərmi?

    Səbuhi Musa

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    Futbol

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved