İsveç millisinin baş məşqçisi Yane Andeşon istefa verib.
Prosport.Az xəbər verir ki, 61 yaşlı mütəxəssis bunu AÇ-2024-ün seçmə mərhələsində Estoniya (2:0) ilə keçirilən oyundan sonra açıqlayıb.
2016-cı ildən skandinaviyalıları çalışdıran Andeşon final mərhələsinə vəsiqə qazana bilmədikləri üçün bu addımı atdığını bildirib.
Azərbaycan millisinin də yer aldığı F qrupunda İsveç 10 xalla 3-cü yeri tutub. 7 xala malik yığmamız 4-cü olub. Bu komandalar arasında Solnada keçirilən görüşdə İsveç 5:0, Bakıda baş tutan matçda isə Azərbaycan millisi 3:0 hesablı qələbə qazanıb.

