Azərbaycan Basketbol Liqasının IV turunun daha bir oyunu keçirilib.
Prosport.Az-ın xəbərinə görə, Şəki Olimpiya İdman Kompleksində keçirilən görüşdə yerli "Şəki" komandası "Cəlilabad"a 61:97 hesabı ilə uduzub.
Meydan sahiblərindən Kamal İmamverdiyev (16 xal), "Cəlilabad"dan isə amerikalı Reyşon Conson (27 xal) ən məhsuldar oyunçu olub.
Qeyd edək ki, IV turun əvvəlki oyunlarında "Xəzri" "NTD-Indigo"ya 71:86, "Sumqayıt" "Neftçi"yə 73:90 və "Xırdalan" "Gəncə"yə 74:88 hesabı ilə uduzub. Bu gün saat 19:00-da "Sabah" Sumqayıt Olimpiya İdman Kompleksində "Sərhədçi" ilə qarşılaşacaq.

