Belçika millisinin hücumçusu Leandro Trosar AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün Brüsseldə Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu haqda danışıb.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi matçın asan olmayacağına işarə vurub:
"Qrup mərhələsini 1-ci yerdə başa vurmaq baxımından Azərbaycanla görüş çox vacibdir. Özü də bunu azarkeşlərimizin önündə etmək əsl şansdır. Azərbaycanla görüş gözlədiyimizdən də çətin keçəcək. Bakıdakı matçda meydança yaxşı durumda deyildi, bu da oyunumuza təsir etmişdi.
Üstəlik, onlar yaxşı müdafiə olunurdular. Azərbaycan millisinin səviyyəsi məni bir az təəccübləndirdi. Yaxşı komandadır. Biz sadəcə olaraq onları öz meydanımızda məğlub etməliyik".

