Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Xaçmaz klubu Bakı təmsilçisinə ilk məğlubiyyəti yaşatdı
    17.11.2023 18:02:07

    Azərbaycan Basketbol Liqasında IV tura start verilib.

    Prosport.Az xəbər verir ki, turun açılış matçında lider “Xəzri” Sumqayıtda Xaçmaz təmsilçisi “NTD-Indigo”nu qəbul edib. Qarşılaşma Bakı klubunun 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

    Qeyd edək ki, keçirdiyi 4 matçda 7 xal toplayan “Xəzri” turnir cədvəlinə başçılıq edir. Hər 3 oyunu qələbə ilə başa vuran “NTD-Indigo” 6 xalla 2-ci pillədə qərarlaşıb.

    Tahir Baxşıyev ("NTD-Indigo"nun baş məşqçisi): "Xəzri" çox ciddi rəqibdir. Komandanın heyətində yaxşı legionerlər və Azərbaycan yığmasının təcrübəli oyunçuları, ilk növbədə, Amil Həmzəyev – milli komandanın kapitanı var. Heyətdə gənc və perspektivli Səid İsmayılov var. Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk 2 periodda hər şey plana uyğun keçdi, lakin 3-cü hissədə heç də yaxşı oynamadıq. 4-cü hissədə oyunu yenidən öz əllərimizə ala bildik və nəticədə qələbə qazandıq. Oyuna gəldikdə, məmnun olduğum məqamlar var, amma üzərində işləyəcəyimiz çatışmazlıqlar da var”.

    Elşad Şirzadov ("NTD-Indigo"nun basketbolçusu): "Oyun çox gərgin keçdi. Belə oyun gözləyirdik. "Xəzri" çempionatın liderlərindən biridir. 3 matçda üç qələbə qazanmışdılar. Onların heyətində yaxşı yerli oyunçular – Amil Həmzəyev və Səid İsmayılov var. Səid ötən mövsüm bizim komandada idi. Düşünürəm ki, bizim də yaxşı yerli oyunçularımız var. Müdafiədə yaxşı oyun göstərdik. Bu da bizim qələbəmizdə mühüm rol oynadı".

    Murat Dikmən ("Xəzri"nin baş məşqçisi): "Mən heç bir zaman bəhanələrə sığınmaq istəmirəm. Qalibiyyətdə də, məğlubiyyətdə də hamımızın payı var. "NTD-Indigo"nu təbrik edirəm. Çox yaxşı mübarizə apardılar. Oyunun əvvəlindən bəri enerjilərini ortaya qoyaraq haqlı bir qələbə qazandılar. Daha əvvəl də qeyd etdiyim kimi, biz yalnız bazar ertəsi məşq etmişdik. Çərşənbə axşamı və çərşənbə günlərində hazırlıqlarımızı davam etdirə bilməmişdik. Bu bir bəhanə deyil. Ancaq daha yaxşı hazırlaşmalı idik. Enerjimizi ortaya qoya bilmədik. Həm müdafiə, həm də hücumda uğurlu təsir bağışlamadıq. Bu da bizim matça yaxşı konsentrasiya ola bilmədiyimizi göstərir. Bu oyundan dərs çıxaracağıq. Ümid edirəm ki, bundan sonrakı qarşılaşmalarda daha yaxşı təsir bağışlayacağıq".

    Amil Həmzəyev ("Xəzri"nin basketbolçusu): "Biz bu oyundan əvvəl məşq proseslərimizlə bağlı problemlər yaşamışdıq. Tam olaraq məğlubiyyətin səbəbinin bu olduğunu demək istəmirəm. Ancaq bizə psixoloji olaraq təsir göstərdi. "NTD-Indigo" yaxşı komandadır. Çempionatın favoritlərindəndir. Biz öz oyunumuzu tam ortaya qoya bilmədik. Əslindən bundan da yaxşı çıxış edə bilərdik. Hələ mövsüm uzundur və çalışacağıq ki, növbəti oyunlarda öz yerimizi qoruyaq. Ümumi olaraq “Sabah” və "NTD-Indigo" çətin rəqiblərdir. “Neftçi” də bizim üçün yaxşı rəqibdir. Bu komandalarla görüşlərdə öz performansımızı göstərərək pley-offdakı yerimizi möhkəmləndirməliyik".

     

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved