“Bu, fəlakət idi, belə şey baş verməməli idi”.
Prosport.Az xəbər verir ki, bunu İsveç millisinin hücumçusu Viktor Dökereş Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.
Portuqaliyanın “Sportinq” klubunda çıxış edən 25 yaşlı futbolçu oyunun taleyinin erkən həll olunduğunu bildirib: “Rəqib ilk 6 dəqiqədə 2 qol vurdu. Bundan sonra mübarizə aparmaq çox çətin idi. Kifayət qədər yaxşı oynamadıq və qol şansları yaratmadıq”.
Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıb. Milli komandamız son turda Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 19-da gerçəkləşəcək.

