Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən bura gələndən yaxşı mənada dəyişiklik var" – Canni De Byazi
    16.11.2023 23:58:45

    Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveçi 3:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Dünən kimsə bizə demişdi ki, biz Avstriya və Belçika matçında yaxşı oynamışdıq. Demişdim ki, futboldan başı çıxmayan, gic adam bunu görməyə bilər. Bu gün yaxşı başladıq, qol vurduq. Risk etmədik. 2-ci yarıda özümüzü çətinliyə saldıq. Çox hücuma çıxırdıq. Meydanda ürəyimizi qoyduq. Ən yaxşı oyunumuzu göstərdik. Uşaqlar alqışa layiqdir. Təbii ki, başa düşürəm, milli uduzanda stadiona gedib onu dəstəkləmək çətindir. Amma elə uduzanda gedib dəstək olmaq lazımdır. Tam ürəklə məşq edib, işləyirik. Hər oyunda 100 faizi meydanda qoyuruq.

    – Bəziləri deyir ki, bu, Azərbyacan millisi tarixin ən yaxşısıdır. Razısınız?
    – Bunu bilmirəm, siz məndən yaxşı bilərsiniz. Əvvəl burada olmamışam. İndiki komandada yaxşı oyunçular var. Yerli liqada oynayanlar var, xaricə gedənlər də oldu. Yaxşı oyunçu olmaq üçün beyində hazırlıqlı olub, məqsəd uğrunda çalışmalısan. Bu baxımdan bizdə nəsə çatışmır. Mən bura gələndən yaxşı mənada dəyişiklik var. Oyunu taktiki baxımdan yaxşı idarə edirik. 10 nəfərlə bu gün sona qədər vuruşduq.

    – Milli Avstriya və Belçikaya qarşı da Bakıda pis oynamamışdı, amma sonda 0:1 hesabı ilə uduzmuşdunuz. Bu gün isə qələbə qazandınız. Nəyi edə bildiniz ki, qələbə alındı?
    – Əsas fərq odur ki, yaratdığımız epizodlardan istifadə etdik. Bu gün ilk dəqiqələrdə 2 qol vurduq. Avstriya ilə matçda 2 qol epizodundan istifadə edə bilmədik. Effektiv olmalıyıq. Komanda inkişaf edir, bu, göz qabağındadır. Seçmə mərhələnin ən ağır qrupundayıq. 3-cü yerdəyik. Düzdür, bazar günü vəziyyət dəyişə bilər. Amma biz Belçika ilə matça da yaxşı hazırlaşacağıq. Belçikaya qarşı Bakıda yaxşı oynamışdıq. Mən Azərbaycan millisinin azarkeşi olsaydım, bu hallara çox sevinərdim.

    – Bir müddət əvvəl demişdiniz ki, meşə salırsınız və bunun ilk mərhələsindəsiniz. Bu qələbə ilə ilk toxumları səpmiş oldunuz?
    – Bu suala Belçika ilə matçdan sonra cavab verim. Çoxunuz oyuna baxmadan, nəticəyə baxıb danışırsınız. Bu, doğru deyil. Deyirsiniz ki, indiki milli tarixin ən güclü komandasıdır. Amma bir neçə ay əvvəl uduzanda bizi pisləyirdiniz. Futbolçulara təşəkkür elədim.

    – Rövnəq Abdullayev bildirdi ki, bu qələbə Azərbaycan futbolunda dönüş olacaq və Belçika ilə görüşdən sizin üçün çox şey asılı olacaq. Siz özünüz özünüzlə müqavilə imzalayardınız?
    – Oyuna 3 gün qalıb. Matçdan sonra baxıb görərik. 

    – 3-cü qolu Arif Əsədova təpik vuraraq qeyd etdiniz. Bu sizə olan tənqidlərə cavab idi, yoxsa necə?
    – Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə, sevincli alındı.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved