Azərbaycanlı hakim Elçin Məsiyev U-17 Avropa çempionatının final mərhələsinin oyununa təyinat alıb.
Prosport.az xəbər verir ki, FIFA referisi mayın 17-də Şotlandiya - Fransa görüşündə referi olacaq. Ona yan xətt hakimləri qismində Elşad Abdullayev və yunanıstanlı hakim Konstandinos Psarris kömək edəcəklər.
Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.