Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
– Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu artıq bir dönüşdür. Çempionatımız çox maraqlı gedir. Lider, axırda qalan yoxdur. Bugünkü oyun da bunun nəticəsidir. Hamını təbrik edirəm.
– Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdır?
– Hələ bu məsələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda 1 oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.
– Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq?
– Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsın. Gəlin bu sualları verməyək ki, onlar da bunu eşitməsin.
– Mart ayında yenidən AFFA-nın prezidenti vəzifəsində qalacaqsınız?
– Hələ ona baxarıq. Marta kimi yaşamaq lazımdır

