Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyununun təyinatları bəlli olub.
Prosport.Az xəbər verir ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Qerqö Boqara Teodoros Yorqiu və Balaş Salai kömək göstərəcək. 4-cü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

