Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Azərbaycana gələndə Xaçmazda oynayacağımızı bilmirdim" – Amerikalı oyunçu
    16.11.2023 12:56:40

    "NTD-Indigo"nun basketbolçusu Qrifin Ramm klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az 34 yaşlı amerikalı basketbolçunun müsahibəsini təqdim edir:

    – "Xəzri" ilə oyuna hazırlıq necə gedir?
    – Addım-addım irəliləyirik. Optimal formaya düşməyə çalışırıq. Bu vaxt aparan bir prosesdir. Çempionatın başlamasından çox keçmədi. Hər gün və hər oyunla artırmalıyıq. Ümid edirəm ki, bu oyunda qələbə qazanacağıq. Hazırlığa diqqət etməli və qarşıdakı matç haqqında düşünməliyik.

    – "Xəzri" çempionatın favoritləri sırasındadır. Matçlarını izləyə bildinizmi?
    – "Xəzri" çox istedadlı heyətə malik komandadır. Onların tərkibində güclü legionerlər və yerli oyunçular var. həmçinin "Xəzər"in güclü məşqçisi var və bizə qarşı əla oyun plan hazırlayacaq. Bu oyun bizim üçün böyük bir çağırışdır. Amma məqsəd eynidir: qələbə qazanmaq. Hər oyunda qalib gəlmək istəyirik.

    – "NTD-Indigo" Xaçmazda 2 oyun keçirib. Arenada atmosferi bəyənirsiniz?
    – Xaçmaz bizi ruhlandıran yerdir. Azarkeşlər bizi dəstəkləyir. "NTD-Indigo"ya keçəndə Xaçmazda oynayacağımızı bilmirdim. Ancaq indi orada əla vaxt keçiririk. Xaçmazda oynamaq çox xoşdur. Hesab edirəm ki, Xaçmazdakı oyunlar rəqiblərimiz üçün ciddi sınaq olacaq.

    – Liqanın oyunlarını izləyə bildinizmi və səviyyəni necə qiymətləndirərdiniz?
    – Açığı, bir çox liqa oyunlarını izləyə bilmədim. Mövsüm başlamazdan əvvəl klublara qarşı yoxlama oyunları keçirdik. Səviyyə olduqca yaxşıdır. Liqada güclü basketbolçular oynayır. Amma Azərbaycan Liqası hələ gəncdir. Düşünürəm ki, hər şey qabaqdadır.

    – "NTD-Indigo"ya keçidiniz barədə danışardınız...
    – Karyeramın çox hissəsini Avropada (Albaniya, Xorvatiya, Kosovo, Şimali Makedoniya, Monteneqronu nəzərdə tutur – red.) keçirmişəm. Yeni bir çağırış axtarışında idim. Menecerim mənə belə bir variant təklif etdi. Azərbaycan basketbolu haqqında çox məlumatım yox idi. Amma indi bilirəm ki, "NTD-Indigo"nun zəngin tarixi var. Burada olmaqdan qürur duyuram. Ümid edirəm ki, azarkeşlər və klub rəhbərliyi də mənimlə fəxr edəcək.

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Top oyunları

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved