19 yaşadək millimizin 4 futbolçusu Lüksemburqa Şengen vizası ala bilməyib.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, bunlar Cavid Qasımov ("Turan Tovuz"), Okan Təhməzli ("Qəbələ"), Tuncay Cəfərli və Həmzəli Mikayılovdur (hər ikisi "Sabah").
AFFA-dan onlara niyə viza verilməməsinin səbəbini öyrənməyə çalışsaq da, sualımız cavabsız qaldı.
Qeyd edək ki, Aqil Nəbiyevin çalışdırdığı milli hazırda Lüksemburqda Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparır. Komanda hələ seçmə mərhələ başlamazdan əvvəl problemlərlə üzləşib. Belə ki, 5 futbolçusu hərbi xidmətə aparılıb. Rusiya, Ukrayna və Gürcüstanda doğulmuş 3 azərbaycanlı oyunçusuna milli pasport almaq mümkün olmayıb. Üstəlik, bəzi futbolçular zədə səbəbindən Lüksemburqa aparılmayıb. Bununla belə, dünən U-19 millimiz Bosniya və Herseqovina ilə qolsuz bərabərliyə nail olmağı bacarıb.

