Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah qalib gəlsək, riyazi olaraq İsveçə çatırıq" – Canni De Byazi
    15.11.2023 22:38:10

    Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah bakıda İsveç seçməsini qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Emin Mahmudova verilən sual düzgün deyil. Heç kim deyə bilməz ki, mübarizə aparmırıq,  meydanda ürəyimizi qoymuruq. Güclü rəqiblərə qarşı oynayırıq. Belə matçlarda uduzmaq normaldır. Təbii ki, səhvlər olur və bu bizə baha başa gəlir. Azərbaycan millisi tarixində ilk dəfədir ki, 5 komandanın yer aldığı qrupda 4-cü yerdədir. Belə bir şey heç vaxt olmayıb.

    – Burada çalışdığınız 3 il ərzində nələri dəyişdiniz?
    – Təbii ki, inkişaf çox olub. Bu özünü meydanda göstərir. Hər oyunda maksimumumuzu veririk. Mənə də xoş olar ki, hər qarşılaşmada qələbə qazanaq. Amma belə rəqiblərlə matçlarda bu, mümkün deyil. Avstriya və Belçika ilə görüşlərdə son dəqiqələrə kimi mübarizə aprdıq. Avstriyaya son saniyələrdə qol da vura bilərdik. Yalnız futboldan başı çıxmayan adam deyə bilər ki, əlimizdən gələni etmirik.

    – Zədəli oyunçular və ilk dəfə milliyə dəvət alanlar var. Onların durumu necədir?
    – Emil Səfərovun zədəsi var. Həkimlə danışmışam. O, yaxşı futbolçudur. Gələcəkdə milliyə çox köməyi dəyəcək. Sabaha hazır olmayacaq. Ola bilər ki, Belçikaya qarşı oynasın. Yenilərə gəlincə, çalışıram ki, hamıya şans verim. Bütün oyunçular bizim üçün vacibdir. Belçika ilə oyunda heyətdə dəyişikliklər ola bilər. Hər iki görüşdə meydanda var gücümüzü qoymalıyıq. Milliyə 27 futbolçu dəvət etrməyimizin səbəbi odur ki, 4 oyunçumuz sarı vərəqə limitindədir.

    – İsveçlə aramızda 3 xal fərq var və bu, son ev oyunumuzdur. Bu amil sizə nə dərəcədə stimul verir?
    – Sabah qalib gəlsək, riyazi olaraq İsveçə çatırıq. Qələbə üçün əlimizdən gələni edəcəyik.

    – Hücumçular qol vura bilmir. Sabah necə olacaq?
    – Hamıdan qol gözləyirəm, tək hücumçulardan yox. Bu, mental məsələdir. Təbii ki, hücumçular qapıya daha yaxın oynayır, onlar qol vurmağa daha yaxındır. 

    – Musa Qurbanlı klubunda 7-8 oyundur ki, qol vura bilmir. Onunla söhbət etmisiniz? Psixoloji durumu necədir?
    – Hər şey yaxşıdır. Ona çox ümid bəsləyirik, gənc oyunçudur. Bu il yeni təcrübəyə başlayıb. Cərimə meydançasında çox yaxşıdır, qol duyumu var. Ümid edirəm ki, gələcəkdə daha çox qollar vurar.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved