19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Bosniya və Herseqovina seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Qrupun digər görüşündə Niderland meydan sahibi Lüksemburqu 2:0 məğlub edir.
Qeyd edək ki, U-19 noyabrın 18-də Niderland və 21-də Lüksemburqla görüşəcək.

