Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Avropa Liqasının qrup mərhələsində “Bayer”lə oyununda (0:1) zədələnən “Qarabağ”ın zədəli qolkiperi Andrey Lunyovun son durumundan danışıb.
Prosport.Az xəbər verir ki, Rusiya millisinin qapıçısı haqda deyib:
“Lunyov “Qarabağ”ın heyətində çempionatda çox yaxşı oynadı. O bütün qələbələrdə böyük rol oynayır. Təlim-məşq toplanışına qədər daim əlaqə saxlayırdıq. Lunyov 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Tezliklə oynayacaq”.
Qeyd edək ki, bu yaxınlarda Andrey Lunyov uzun fasilədən sonra Rusiya millisinin Kuba ilə yoldaşlıq oyununa dəvət almışdı.

