19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv 3-cü – sonuncu matçda Moldova ilə üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə bitib – 0:0. B Liqasının 3-cü qrupundakı digər oyunda Sloveniya Kosovonu 5:2 hesabı ilə üstələyib.
Qeyd edək ki, U-19 daha əvvəl Sloveniyaya 0:9 və Kosovoya 0:3 hesabı ilə uduzub. Yekunda Sloveniya 9, Kosovo 6, Moldova və Azərbaycan hərəyə 1 xal qazanıb.

