Aleksandr Kerjakov Serbiya “Spartak”ının baş məşqçi postundan qovulub.
Prosport.Az xəbər verir ki, rusiyalı mütəxəssis uğursuz nəticələrə görə işsiz qalıb. 15 matçda cəmi 5 qələbə və 9 məğlubiyyət onun vidasına səbəb olub.
40 yaşlı mütəxəssis Rusiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarını və “Nijni Novqorod” klubunu çalışdırıb. Bu ildən ölkə xaricinə çıxan məşqçi Kiprdə “Karmiotissa”da da çalışmışdı. Beləcə, il bitməmiş o artıq 2 dəfə istefaya göndərilib.
Xatırladaq ki, ötən qış onun “Səbail”ə gəlmək variantı var idi. Paytaxt klubu son anda fikrini dəyişib Şahin Diniyevə üstünlük vermişdi.

