“Qarabağ”ın Avropa Liqasında qrup mərhələsindəki rəqiblərindən olan “Hekken” İsveç çempionatında son oyununu keçirib.
Prosport.Az xəbər verir ki, adıçəkilən klub daxili çempionatdakı son görüşündə “Bromapoykarna” ilə üz-üzə gəlib.
“Qarabağ”ın rəqibi bu matçda 1:2 hesabı ilə uduzub. “Hekken” mövsümü 57 xalla 3-cü pillədə başa vurub.
“Qarabağ” – “Hekken” matçı dekabrın 14-də Bakıda keçiriləcək.

