Belçika milli komandasının bir neçə müdafiəçisi Serbiya ilə yoldaşlıq görüşünü (15 noyabr) və AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunu (19 noyabr) buraxa bilər.
Prosport.Az xəbər verir ki, hər iki topuğunda problem yaşayan "Totenhem"in sabiq futbolçusu, 36 yaşlı Yan Vertonqen ("Anderlext") və İngiltərə çempionatında “Bernli”nin son oyununda iştirak etməyən İraq əsilli Əmin Əl-Duxeylin Domeniko Tedeskonun sərəncamında olmayacağı gözlənilir.
Onların Belçika millisinin qarşıdakı görüşlərində iştirakı sual altındadır. Bundan əlavə, “Standard”ın futbolçusu Zinyo Vanhuisden də ölkə çempionatında “Antverpen”lə görüşdə (0:6) əzələlərini zədələyib. Onun millinin qarşıdakı görüşlərində sağalacağı gözlənilmir.

