Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"nin Fələstin əsilli israilli futbolçusunun film kimi həyatı
    13.11.2023 15:55:24

    Bu il oktyabrın 7-də baş verən və Fələstin-İsrail münasibətlərinin növbəti dəfə kəskinləşməsinə səbəb olan hadisələr idmandan da yan keçmir. Bəzi futbol matçları təxirə salınır, hadisələrlə bağlı paylaşım edən idmançılar, pankartlar açan azarkeşlər cəzalandırılır. Ölkələrin siyasi mövqeyi də bu məsələdə böyük rol oynayır.

    “Siyasətdən kənar idman” şüarını fəal şəkildə təbliğ edən bir sıra qurumlar nə qədər mane olmaq istəsələr də, futbol dünya həyatının qeyd-şərtsiz bir hissəsinə çevrilib. Müasir cəmiyyətdə baş verən bütün proseslər gec-tez futbolda öz əksini tapır.

    Prosport.Az publika.az-a istinadən xəbər verir ki, İsrail və Fələstin milli komandalarında oynayan ilk futbolçu olaraq tarixə düşən Ataa Caberin hekayəsi də tamamilə unikal bir hadisədir. Azərbaycan futbol ictimaiyyəti bundan xəbərdardır. Çünki 29 yaşlı yarımmüdafiəçi artıq ilyarımdır "Neftçi"də çıxış edir.

    Ataa Caber 3 oktyabr 1994-cü ildə İsrailin şimalında yerləşən və əsasən ərəblərin məskunlaşdığı Məcd Əl-Qurum şəhərində anadan olub. Caberin ailəsi Fələstin mənşəlidir. Lakin bu, Ataanın İsrailin ən titullu klublarından biri olan "Makkabi Hayfa"nın akademiyasında futbola başlamasına mane olmayıb. Caber 6 yanvar 2013-cü ildə, 18 yaşında olarkən Hayfa təmsilçisinin formasıyla İsrail çempionatında debüt matçına çıxıb.

    2015-ci ilin martında o, İsrailin U-21 millisində ilk oyununu keçirib. Kiprli həmyaşıdları ilə yoldaşlıq matçında start heyətində meydana daxil olan Ataa 42-ci dəqiqədə qol vurnağı da bacarıb. Caber rəsmi oyunlarda komanda yoldaşlarını kapitan sarğısı ilə meydançaya çıxarıb. Ataa bununla İsrail futbolunun tarixinə düşüb. Yarımmüdafiəçi ölkənin milli komandalarında kapitan sarğısını daşıyan ilk etnik ərəb olub.

    Bu hadisə İsrail futbol ictimaiyyətində böyük səs-küyə və geniş müzakirələrə səbəb olub. Sonradan Caber İsraili beynəlxalq səviyyədə təmsil etməkdən imtina edib. Bununla da onunla bağlı müzakirələr dayanıb.

    Ataa İsraildə anadan olsa da, o, "48-ci il fələstinliləri" adlandırılan şəxslərdəndir. Buna səbəb 1947-ci ildə BMT tərəfindən təsdiq edilmiş Fələstinin Bölmə Planında İsrail olaraq təyin edilmiş ərazilərdə yaşayan ərəb ailələrinin üzvlərindən və ya nəslindən olmasıdır.

    Caber daha sonra özünün də dediyi kimi, 2021-ci il münaqişəsi, yəni Qüdsdəki Şeyx Cərrahın Fələstin məhəlləsindəki iğtişaşlardan sonra İsrail milli komandasında çıxış etməyin mümkün olmayacağını dərk edib. Həmin vaxt İsrail Ali Məhkəməsi bölgədə yaşayan fələstinli ailələrin təxliyəsi barədə göstəriş verib. Bu qərara cavab olaraq münaqişə qarşılıqlı hücumlara çevrilib.

    “İsraildə idman və siyasətin bir-birinə qarışmaması fikrini yayırlar. Deyirlər ki, sən öz camaatını təmsil edirsən, səsin olacaq və dövlət himnini oxumağa ehtiyac yoxdur. Şeyx Cərrahda baş verənlərdən sonra anladım ki, siyasətlə idmanı bir-birindən ayırmaq mümkün deyil. Hətta "48-ci il fələstinliləri"ni təmsil etmək istəsəm belə, bunu etmək üçün daha yaxşı yollar var”, - deyə Ataa Caber sentyabrda, İsrail və HƏMAS arasında mövcud silahlı münaqişə başlamazdan cəmi üç həftə əvvəl "Arab News"a açıqlamasında deyib.

    Caberin karyerasına gəlincə, “Makkabi Hayfa”da çıxış etdikdən sonra 250 min avroya “Bney Saknin”ə, 2021-ci ilin avqustunda isə azad agent kimi "Aşdod"a keçib. Orada bir mövsüm keçirdikdən sonra İsraili tərk edərək Azərbaycana - "Neftçi"yə üz tutub. Onun "ağ-qaralar"la 2024-cü ilin yayına qədər müqaviləsi var.

    O, ölkəmizdə çıxış etdiyi müddətdə karyerasıyla bağlı yeni qərar verib. Ataa milli karyerasını Fələstin yığmasında davam etdirməyi seçib. Caberi bunu etməyə Fələstin millisinin qapıçısı, həm də İsraildə doğulmuş, lakin heç vaxt bu ölkənin milli komandalarında çıxış etməyən Rami Həmada həvəsləndirib. Hamada, Caberə FİFA-ya futbol vətəndaşlığını dəyişdirmək xahişi ilə müraciət etməyi tövsiyə edib. Hər şey maksimum məxfi şəraitdə baş verib. Bununla futbolçunun şəxsi maraqlarına zərər vurulmasının qarşısı mümkün qədər alınıb.

    Nəticədə iki illik prosedurdan sonra Ataa Caber FİFA-dan icazə ala bilib. 2023-cü ilin iyununda Fələstin millisinin heyətində İndoneziya ilə yoldaşlıq oyununda (0:0) debüt edib. Caber artıq Fələstin millisində dörd oyun keçirib.

    Ataa Caberli Fələstinin İsrail millisi ilə qarşılaşması nəzəri cəhətdən mümkündür. Bu, yalnız böyük turnirlərin final mərhələsində baş tuta bilər. Hazırkı şəraitə görə praktiki olaraq qeyri-real görünür. Çünki İsrail və Fələstin yığmaları müxtəlif futbol assosiasiyalarına aiddir. İsraillilər UEFA-nın himayəsi altında keçirilən turnirlərdə mübarizə apardığı halda, fələstinlilər 1998-ci ildən AFC-nin, Asiya Futbol Konfederasiyasının üzvüdür.

    Bundan əlavə, Fələstin millisi milli komanda üzvlərini toplamaqda çətinlik çəkir. İsrail klubları bir sıra oyunçuların ora getməsinə icazə vermir. Bu, sözügedən yığmanın daha yaxşı nəticələr qazanmasına mane olur.

    Düzdür, fələstinlilər 2024-cü il yanvarın 12-dən fevralın 10-dək Qətərdə keçiriləcək Asiya Kubokunun final mərhələsinə ardıcıl üçüncü dəfə vəsiqə qazana biliblər. Komanda C qrupunda İran, BƏƏ və Honq-Konqla mübarizə aparacaq. "Neftçi"nin futbolçusu Ataa Caberin səhhətində problem olmazsa, o, bu turnirdə oynayacaq.

    Yarımmüdafiəçi buna qədər gələn həftə keçiriləcək Livan və Avstraliya ilə matçlarda (DÇ-2026-nın seçmə mərhələsi) iştirak edəcək.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved