"Hatayspor"un hücumçusu Renat Dadaşov Super Liqada "Qalatasaray"a qalib gəldikləri görüşdən sonra fikirlərini bildirib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı hücumçu 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
"Qələbəni baş məşqçimiz sayəsində qazandıq. Sevincliyik. Futbolda qələbə və məğlubiyyət də var. İnşallah, sonda avrokuboklara vəsiqə qazana bilərik. "Qalatasaray" böyük komandadır. Bir neçə gün əvvəl "Bavariya"ya qarşı oynamışdılar. Çətin və güclü rəqibdir. Onlara qarşı oynamaq çətin oldu. Artıq matç geridə qaldı. Geriyə yox, irəliyə baxıram. Bundan sonra edəcəklərimiz bizimçün önəmlidir".
"Hatayspor" 12 turdan sonra 17 xalla 9-cu sırada qərarlaşıb.
"İnşallah, sonda avrokuboklara vəsiqə qazana bilərik" – Renat Dadaşov

