David Volkovi “Sabah”ın Premyer Liqada het-trik edən ilk futbolçusu olub.
Prosport.Az xəbər verir ki, gürcüstanlı hücumçu XIII turda “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub etdikləri görüşdə bunu reallaşdırıb.
28 yaşlı forvard özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına 3 qol vurmuşdu. 3:3 hesabı ilə bitən həmin matçda da Volkovi səfərdə het-trik edib.
Bununla da Volkovi Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahadur Nəsimov və Reynaldu Silvanın rekordunu təkrarlayıb.
“Turan Tovuz”la qarşılaşmadakı 2-ci qol David Volkovinin Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Forvard “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.

