Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"a qarşı açıq futbol oynamaq cinayətdir" – Şahin Diniyev
    13.11.2023 09:04:46

    "Oyuna hücumçusuz başladıq. İstəyirdik ki, ilk dəqiqələrdə "Qarabağ"ın təzyiqinin qarşısında dayanaq, tez qol buraxmayaq. Qol tez oldu. Pedru Nunu epizoddan yararlanıb qol vursaydı, başqa cür olardı. "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Gözləmirdik ki, onlar meydana əsas heyətlə çıxacaq. "Qarabağ"In bu heyətinə qarşı oynamaq nəinki bizə, Avropanın aparıcı klublarına çox çətindir. "Qarabağ"a qarşı açıq futbol oynamaq təhlükəlidir, cinayətdir. Amma oyunun nəticəsi bizə bunu məcbur etdi. Açıq futbol oynamağa çalışdıq, qol da vurduq, yenə vura bilərdik, buraxa da bilərdik. Səlahət Ağayev bu gün qapıda möhtəşəm idi. Futbol oynamağa çalışdıq. Fasilədə oyunçulara dedim ki, itirəcəyimiz bir şey yoxdur, qazanacağımız nəsə ola bilər. Rotasiya etməyə imkan yox idi. İlk yarıya hücumçumuz çıxdıq. Ona görə ilk yarıda hücumda oyunumuzu alındıra bilmədik. Fasilədən sonra komanda yaxşı və məzmunlu oynadı. İrəli baxmalıyıq. Qabaqda çox vacib oyunlarımız var. Çempionat maraqlı gedir, biz düz yoldayıq, bu yola da davam edəcəyik". 

    Prosport.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın Xlll turunun "Qarabağ"la(3:1) oyunundan sonra deyib.

    – Yusif Nəbiyev ən zəif oyununu oynadı. "Qarabağ" daha çox onun cinahından hücumlar edirdi. 2-ci yarıda gözlənilirdi ki, o cinahı bağlayasınız, amma olmadı...
    – Düz buyurursunuz. Amma futbolçunun yaxşı günü də olur, pis günü də. Süleyman Əhmədov meydana zədəli çıxmışdı. Cabir Əmirli əməliyyat olunub, yoxdur. Adil Nağıyev də zədəlidir. Müdafiədə itkilərimiz yetərincədir. Vüqar Həsənov əməliyyatdan yeni çıxıb. Axırda məcbur olub mərkəz müdafiəçisini o mövqedə oynamaq üçün buraxdıq. Halbuki, heç vaxt orada oynamayıb. Yusif də kiçik zədə və iynə ilə oynayırdı. Amma rotasiya etməyə, oyunu dəyişmək üçün heyətimiz yoxdur. Yadin Luqasi hücumameyilli yarımmüdafiəçidir, ancaq onu sağ cinah müdafiəçisi kimi oynatdıq. Bunlar hamısı yoxluqdan və məcburiyyətdən idi. Zədəlilər qayıtdıqdan sonra daha məzmunlu və daha yaxşı "Səbail" görəcəyik.

    – Ehtiyat qüvvənin olmaması sizə nə dərəcədə çətinlik yaradır?
    – Hazırkı durum budur. Komanda birdən-birə 1-ci yeri tuta bilməz. Bu, zamanla olacaq. Hər 3, hər 6 aydan bir baxacağıq ki, boşluqlarımız hardadır. "Səbail"in birdən-birə çempionluğa oynamasını heç kim başa düşməz. Büdcə var, ona uyğun elə hərəkət etməliyik. Pulumuz var deyə, hər şeydən istifadə etmək də düzgün deyil. Savadlı xərcləməliyik. Bizdən 10 nəfər milliyə dəvət edilir. Klub halında biz varıq, klub yaranır. Addım-addım bunları etməliyik. Rüfət Abdullazadə də əsas milliyə düşməyə yaxındır, U-21 yığmasında da təmsil olunuruq. Bu, klubun təməlinin qurulması deməkdir. Əvəzedicidən əsas komandaya oyunçular gəlir. Yetişdirmək lazımdır. Bununla bərabər, nəticələr də olmalıdır. Heç kim kimi yetişdirməyinə qiymət verməyəcək. Amma biz vicdanla işləmək istəyirik. Qışda boşluq olan mövqeləri dolduracağıq.

    – Komandanı mövsümün sonunda hansı pillədə görürsünüz?
    – Hansı cavabı versəm, düzgün olmaz. Futbol proqnozu sevməyən oyundur. Ancaq komandanın potensialı var. Bizim qarşımızda "6-lığ"a düşmək vəzifəsi dayanıb. Ondan sonra nə qədər irəliləyə biləcəyik, gedəcəyik. "Səbail" futbol oynamağı bacaran komandadır. Potensiallı, istedadlı oyunçularımız çoxdur. Hər komanda ilə oyunda qol epizodu yarada bilirik. Yeganə komandayıq ki, 13 oyunun hər birində qol vurmuşuq. Deyə bilərlər ki, çox da qol buraxırıq. Amma çoxluqla irəli gedirsənsə, qol da buraxacaqsan. Lakin prinsiplərimizdən əl çəkməyəcəyik. Çox qol buraxırıq deyə, arxada dayanaq, xeyr. Bu olmayacaq. "Qarabağ"la matçda da irəli atıldıq, olsun 2:5, 3:6, 4:7, fərqi yoxdur. Bu oyun artıq itirilmişdi. "Qarabağ"ın bu heyətinə qarşı oynamaq Avropa komandaları üçün də çətindir. Potensialımız var, komanda yaxşı yerlərdən birini tutacaq.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved