Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Dəfələrlə ən bahalı oyunçum belə, millidən zədəli qayıdıb" – Qurban Qurbanov
    12.11.2023 21:58:40

    "Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Sürətli əks-hücumları olan komandaya qarşı oynayırdıq. Yorğunçuluq olsa da, futbolçular sona qədər oyun intizamını qoruyub-saxlaya bildilər. Meydanda çox əziyyət çəkdilər. Bir neçə gün istirahət etdikdən sonra futbolçularla yenidən birlikdə olacağıq. Şahin Diniyevə də uğurlar arzulayıram".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın Xlll turunun "Səbail"lə (3:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

    – Adətən avrokubok matçlarından sonra daxili oyunlara böyük rotasiyalarla çıxırsınız. Amma bu gün meydana demək olar ki, əsas heyətlə çıxmışdınız. Bu nə ilə əlaqədar idi?
    – Futbolçuların durumunu hər məşqdən sonra yoxlayırıq. 2 oyun ardıcıl olanda oynamaq olur, 3-cü matç gəldikdə, çətinlik yaranır. Futbolçularla da ayrılıqda söhbət etdik, hamısı oynamaq istəyirdi. Bu çox vacibdir. Yorğun olsalar da, dedilər ki, nə qədər lazımdırsa, meydanda ola bilərik. Hazırlıqlarına inanaraq, güvənərək, rotasiyaya çox da ehtiyac duymadım.

    – Mətbuatda çıxan xəbərlərə görə, ölkə çempionatında gələn ay "Zirə" ilə matçınızı Xankəndidə keçirəcəksiniz. Bu barədə məlumatınız var? 
    – Xeyr, məndə belə məlumat yoxdur.

    – "Qarabağ" çoxlu künc zərbələri yerinə yetirsə də, bundan sanki effektiv istifadə edilmir. Onları qola çevirməyə nə mane olur?
    – Desəm ki, buna çox hazırlaşırıq, yalan olar. Bizim bir neçə tələb etdiyimiz küncdən zərbə var və çalışırıq ki, onu yerinə yetirək. Avrokuboklarda, daxili çempionatda qollarımız da olub. Künc zərbələrinin üzərində çalışan sırf komandalar var. Amma biz daha çox başqa, bizə lazım olan detallar üzərində çalışırıq, işləyirik. Lakin bu o demək deyil ki, biz künc zərbəsi zamanı düşünülməyən ötürmələr veririk. Rəqibi də nəzərə almaq lazımdır. Deməzdim ki, biz nəticəmizi sırf bunun üzərində qurmaq istəyirik. Başqa elementlərə vaxt ayırdığımız kimi, bunun da üzərində işləyirik. Ola bilər ki, standard vəziyyətlərdən tam istifadə etməyi bacaran futbolçularım da azdır. Bunun üçün görürsən xüsusi oyunçular olur ki, ondan istifadə edib, vacib qollar vururlar. Standard vəziyyətlərdən, künc zərbələrindən də qol vuraraq qalib gəldiyimiz oyunlar olub.

    – Ölkə xaricində çıxış edən azərbaycanlı futbolçular komandalarının liderinə çevrilə bilmir. Bunu nə ilə əlaqələndirirsiniz?
    – Biz hələ o bazara düşməmişik. Bu, məlum məsələdir. Digər ölkələr sırf bunun üçün çalışırlar, işləyirlər. Bizim futbola Avropadan maraq bir o qədər yoxdur. Bu ayrı sahədir, menecmentlik işi federasiya, klub səviyyəsində aktivləşməlidir. Bəlkə bizim kimi klublara sərf etməz ki, futbolçularımız gedib oynasınlar. Çünki limit varsa, əlimizdə yaxşı oyunçular olmalıdır. Yaxşı klublar olsa, buna "yox" demərik. Buna ayrıca vaxt ayırmaq, daha çox reklam etmək lazımdır. Daha çox görüşlər keçirilməlidir ki, oyunçularımız Avropaya getsin. Mentalitet də Avropada oynamaq üçün yetərli olmalıdır. Bizim kimi futbolu zəif olan ölkələrin çoxu Avropanın içindədir. Onlar üçün oynamaq daha rahatdır. Elə ölkələr var ki, futbolu sırf onun üzərində qurur. Ki, oyunçuları daha çox legioner həyatı yaşasınlar. Böyük ehtimalla, bizdə belə iş qurulmayıb. Buna da illər lazımdır. Gərək Avropa arenasında futbolumuz stabil üzdə olsun ki, maraq daha çox artsın. Allah qoysa, o da olar. Ümid edək ki, olsun, liderlərimiz yetişsin.

    – Milli fasilədən sonra zədəli qayıdan futbolçularınız oldu. Futbolçuların zədəli qayıtması sizi qorxutmur ki?
    – Məncə, bu haqda düşünməyək. Bu haqda o qədər düşünmüşəm ki, başımıza çox iş gəlib. Milli fasilə futbola çox böyük zərbə vurur. Dəfələrlə olub ki, ən bahalı oyunçum belə, gedib zədəli qayıdıb. Məncə, bütün Avropa, bütün böyük klublar da bundan şikayət edir. Futbolçular yaxşı idman formasına gəlib çatırlar, sonra fasilə olur, milliyə gedib yorğun gəlirlər, burada olanlar da öz idman formasından uzaqlaşırlar. Bu fasilə baxımlı futbola böyük zərbə vurur. Bəlkə də nəyisə dəyişmək olar. UEFA və FIFA bu haqda düşünməlidir. Futbolçu ilə illik müqavilə imzalayırsan. Ancaq hansısa diqqətsiz addıma görə futbolçu zədələnir. 6 aydan sonra onu yenidən idman formasına gətirirsən, amma yarım illik müqavilə artıq getmiş olur. Çox böyük zərbədir. Ələlxüsus da bizim kimi klublara. Ona görə bu dəqiqə tək bizim yox, bütün dünya klublarının böyük problemidir. Gələcəkdə hansısa dəyişiklik olacaq, ya yox, bilmirəm. Milli fasilə bizim üçün böyük zərbədir. Oturub gözləmirik ki, oyunçumuz yorğun gələcək, hətta gözləyirik ki, zədəsiz gəlsin. Bəzən milli komandada oynayan futbolçularımızı meydana buraxmıram, onları qoruyuram. Ki, gedib millidə 2 matç oynayıb, yorğun olacaqlar. Bundan narahat oluram. Milli komandada bunu düşünmürlər. Bəli, milli vacibdir. Marko Veşoviçlə Marko Yankoviç hər dəfə gedəndə, nəsə bir şeylə qayıdırlar. Məşqlər gedir. Məşqlərə baxıram, futbolçunu anlamırlar. Fikirləşirlər ki, klubdan hazır gəlmir. Bütün milli komandalarda belə ideya yaranıb. Amma fikirləşmirlər ki, bunlar ilboyu oynayırlar, əksinə həmin oyunçuya istirahət lazımdır. Elə şeylər var ki, yorğun-yorğun meydana buraxırlar, həm formasından uzaqlaşır, həm zədəyə daha meyilli olur. Mən çalışıram ki, klubda rotasiya edim. İlboyu 45-50 oyun keçirən futbolçu var ki, onlara istirahət verilməlidir, insandırlar, robot deyillər. Özlərinə gəlməlidirlər. Elvin Cəfərquliyevi bu gün dəyişdim. Sprint olan oyunçuları daha çox qorumalıyıq. Bəhlul Mustafazadəni dəyişmədim. 1 aydan çox oynamayıb, bu gün əksinə ona daha çox oynamaq lazımdır. Ehtiyatlanmadım. Ancaq Elvin Cəfərquliyevi oynatmaqdan ehtiyatlanırdım. Daim sürətdə olan oyunçudur. Millidə 3 günə 2 matç oynayacaqlar. Zərbə klublara dəyir. 1 oyun uduza bilərik, amma oyunçunun zədələnməsi, sonradan özünü bərpa etməsi problemdir. Bütün dünya klubları üçün problem yaranır. Məncə, dünya futbolunda daha nizamlı şəkildə proqram qurulsa, daha faydalı olar. Çünki azarkeş dinamik futbola baxmaq istəyir. Futbolçu yorğun oldusa, ondan nə tələb edəcəksən?! Bu gün mən ehtiyatlanırdım. Kənardan baxırdım ki, birdən hansısa futbolçum zədələnər. Hamı yorğundur, nəticə də lazımdır, azarkeş də oyunçuları görmək istəyir. Bizim kimi futbol ölkələrində bərpa o səviyyədə deyil. Avropa ilə müqayisədə fərqlidir. Avropada çox şey var ki, bərpa daha tez olsun, amma bizdə belə şeylər yoxdur. Ona görə də bizim üçün böyük problemdir. Eybi yox, heç nə olmaz, biz qarşıdakı hansısa oyunu itirək, amma oyunçunu il boyu əlimizdə saxlaya bilək. Bu, geniş mövzudur, daha çox danışmaq olar. Bu futbolçuların istirahətə vaxtı olmur. Futbolçuya istirahət verirəm, milliyə gedirlər. Psixoloji yorğunluqları fiziki yorğunluqdan daha çoxdur. Millidən 1 həftə sonra tur başlasa, daha yaxşı olardı. İstirahət edərdilər. Amma yox, gələn kimi 3 gündən sonra yenə çempionat oyunu olmalıdır. Nə isə, bu qədər. Yoxsa, sonra birdən məni cərimələyərlər (gülür).

    Futbol

    Dadaşov yeni mövsümdə də kapitan olacaq

    30.07.2026 15:43:41
    Futbol

    Dünya çempionatının 3 oyununu idarə etmiş hakim Bakıya gəlir

    30.07.2026 15:12:07
    Müsahibə

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17
    Futbol

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32
    Futbol

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43
    Futbol

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çin millisinin üzvü Azərbaycan çempionatında

    30.07.2026 16:21:49

    Dadaşov yeni mövsümdə də kapitan olacaq

    30.07.2026 15:43:41

    Dünya çempionatının 3 oyununu idarə etmiş hakim Bakıya gəlir

    30.07.2026 15:12:07

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26

    Azərbaycanda 2 futbolçu ağır qəzada öldü

    30.07.2026 13:10:00

    Azərbaycan klubu legioneri ilə müqaviləni yenilədi

    30.07.2026 12:44:25

    "Kəpəz" növbəti transferini reallaşdırdı - VİDEO

    30.07.2026 12:12:56

    "Bəlkə də "Neftçi"nin futbolçuları dünya çempionatını qəlyan çəkə-çəkə izləyib" – Veteran qapıçı

    30.07.2026 11:42:48

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23

    Dünya çempionatı: Daha 5 qadın güləşçimiz xalça üzərinə çıxır

    30.07.2026 10:56:07

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved