Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hər kəs istəyər ki, "Qarabağ"la Xankəndidə oynasın" – Rəşad Sadıqov
    12.11.2023 21:19:20

    "Gözlədiyimizdən də çətin sonluq oldu. Qola qədər oyun daha çox bizim nəzarətimizdə keçirdi. Penaltidən fərqləndik. Ondan sonra tədricən "Qəbələ" üstünlüyü ələ keçirdi. Sonda böyük qüvvə ilə irəli atıldılar. Hesabın həyəcanı futbolçuların çox müdafiədə oturmağa vadar etdi. Ancaq böyük təzyiq altında qol buraxmadan vacib 3 xal qazandıq. "Qəbələ" ilə oyunlarımız həmişə ağır keçir. Aramızda keçən növbəti gərgin və maraqlı oyunlardan biri oldu".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın Xlll turunun "Qəbələ"(1:0) ilə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

    – Son dəqiqələrdə müdafiədə boşluqlar verdiniz ki, rəqib də qol epizodları yaratdı. Bu, yorğunçuluqla əlaqədar idi, yoxsa rəqibin göstərdiyi təzyiqlə?
    – Kənardan çox müdaxilələr etdik ki, çox müdafiəyə oturmayaq. Oyunu necə başlamışdıqsa, elə də davam etmək istəyirdik. Ancaq rəqib riskə getdi. Dəyişikliklərdən sonra da böyük qüvvə ilə irəli atıldı. Təhlükəli epizodlar olurdu, amma birində Andriya Lukoviç topu boş qapıdan çıxardı. Boşluqlar deməzdim, sadəcə rəqib riskə gedirdi. Bu dəqiqələrdə ya rəqibin boşluqlarından istifadə edib qol vurmalısan, ya da vaxt keçdikcə rəqibin hesabı bərabərləşdirmək şansı artır. Çünki gərginlik olur. Komanda üzərində basqı var və bu da nəticələrlə bağlıdır. Bu gün oyunda onu açıq-aşkar hiss edirdim. Hətta köməkçi məşqçilərimə bildirdim ki, ilk sırada olmaq komanda üzərində müəyyən basqı yaradır. Futbolçular 1:0-dan sonra sanki qorxub nəticəni qorumağa çalışdılar. Ancaq oyundan öncə və təhlillərdə də deyirik ki, üstünüksə, müdafiədə oturmağın mənası yoxdur. Bu, zərərdən başqa bir şey deyil. Lakin yenə də müdafiəyə oturdular və amansızca mübarizə apardılar. Xoş sözlərə layiq mübarizə idi.

    – Elmar Baxşıyev komandasının məğlubiyyətində hakim səhvlərinin həlledici olduğunu düşünür. Hakimliklə bağlı sizin münasibətiniz necədir?
    – Hansı epizoda?

    – Ümumilikdə hakimliklə bağlı fikri belə idi...
    – Elmar Baxşıyev çox sevdiyim məşqçilərdən və dostlarımızdandır. Onun son illərdə gördüyü işlər təqdirəlayiqdir. Təbii ki, ola bilsin ki, isti-isti emosional fikir bildirib. Hansısa konkret epizodla bağlı fikir olsaydı, biz də baxdıqdan sonra nəsə fikir bildirə bilərik. Penalti haqdadırsa, ilk baxışdan belə olduğu göründü. Həmkarımın fikrini çox şərh etmək istəmirəm.

    – Siz hakimlikdən razı qaldınız?
    – Mən razı qaldım və ya razı qalmadım, dəyişən bir şey yoxdur. Yeri də gəlsə, bu 3 ildə hakimlikdən ən çox əziyyət çəkən komanda bizik. Həlledici səhvlər həlledici məqamlarda olub. Bizə deyəndə ki, hakim səhvi ilə "Zirə" qalib gəldi, adama ağır gəlir. Mətbuat konfransları elədir ki, hər şeyi dərin təhlil etmədən isti-isti danışırsan. Sakit formada da eyni fikirdə qalanda, nəyisə müzakirə etmək olar.

    – Mətbuatda yayılan xəbərlərə görə, dekabrda "Qarabağ"la Xankəndidə qarşılaşacaqsınız. Bu barədə sizin rəsmi məlumatınız var?
    – Xeyr, bizim də konkret məlumatımız yoxdur. Mətbuatdan eşitmişik. Əgər olsa, biz də sevə-sevə Xankəndidə şərəflə oynayarıq. Məncə, hər kəs istəyər ki, "Qarabağ"la Xankəndidə oynasın.

    – Heyətdə yetərincə zədəlilər var idi. Qarşıdakı matçlar üçün hansı rotasiyalar edəcəksiniz?
    – Bizim də, "Qəbələ"nin də heyətində ciddi problemlər var idi. Rəqibin 3-4 aparıcı futbolçusu çıxış etmirdi. Amma bu gün heyətlə bağlı şikayət edə bilmərəm. Çünki bu gün heyətimiz "Qəbələ"dən daha geniş idi. Amma ümumən zədəlilərimiz çoxdur, zədədən dönənlər də az deyil. 6 futbolçumuzun 3 sarı vərəqəsi var. Qırmızı alan biz, çempionat bitdikdən sonra videotəkrarla cəzalanan biz, 6 futbolçusunun 3-nün sarı vərəqəsi olan biz... Qəbələdəki oyunda 100 faizli penaltimiz var idi. Bir çox mütəxəssis də bunu penalti kimi görürdü. Pyer Zebliyə olmayan qırmızı vərəqə verildi. Hakimlikdən çox danışmaq istəmirəm. Bu mövsüm hakimlərimizdə açıq-aşkar irəliləyiş var. Amma mənə qarşı yenə səhvlər olub. Həmişə ümumi – "Zirə"nin baş məşqçisi kimi yox, Rəşad Sadıqov kimi danışmağa çalışıram. Bu mövsüm hakimlərdə irəliləyiş var. Bəlkə də səhvlər olub. Ancaq əvvəlki illərdə hər oyunda ciddi səhvlərlə qarşılaşırdıq. Bu günkü matça hakimin təsirinin olduğunu düşünmürəm.

    – Filipe Paxtmanın hazırkı durumu necədir? Ona hələ də inanırsınız?
    – Zədədən sonra bərpa olub. 0:0 olanda meydana buraxmaq istəyirdik. Sonradan qol vurduq. Paxtman 35-40 dəqiqə oynamağa hazır deyildi. Qol vurduq deyə, onu saxladıq, başqa dəyişikliklər etdik. Hələ ki, orqanizmi 2-3 oyun ardıcıl əsas heyətdə oynamağa imkan vermir. Yəqin ki, onunla bağlı təmkinli olacağıq.

    – Hacıağa Hacılı çoxdandır ki, yoxdur...
    – Zədəlidir. O, keçmiş illərdə çox oynayıb, daim güvəndiyim oyunçudur. Mövsümün əvvəlində zədələndi və demək olar ki, bütün hazırlığı buraxdı. Avqustun sonlarında məşqlərə başladı. Müəyyən oyunlarda 15-20 dəqiqə oynayırdı. Son vaxtlarda yenə zədəli idi. Hər futbolçunun karyerasında müəyyən uğursuz dönəm olur. Yəqin ki, o da indi bunu yaşayır. Yoxsa, Hacıağa bizim vacib oyunçularımızdandır. Səbirsizliklə tam sağalmasını gözləyirik. Hələ ki, fərdi məşqlərə başlamayıb. Ən azından 1 aydan sonra tam məşqlərə iştirak edəcək.

    Futbol

    Dadaşov yeni mövsümdə də kapitan olacaq

    30.07.2026 15:43:41
    Futbol

    Dünya çempionatının 3 oyununu idarə etmiş hakim Bakıya gəlir

    30.07.2026 15:12:07
    Müsahibə

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17
    Futbol

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32
    Futbol

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43
    Futbol

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çin millisinin üzvü Azərbaycan çempionatında

    30.07.2026 16:21:49

    Dadaşov yeni mövsümdə də kapitan olacaq

    30.07.2026 15:43:41

    Dünya çempionatının 3 oyununu idarə etmiş hakim Bakıya gəlir

    30.07.2026 15:12:07

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26

    Azərbaycanda 2 futbolçu ağır qəzada öldü

    30.07.2026 13:10:00

    Azərbaycan klubu legioneri ilə müqaviləni yenilədi

    30.07.2026 12:44:25

    "Kəpəz" növbəti transferini reallaşdırdı - VİDEO

    30.07.2026 12:12:56

    "Bəlkə də "Neftçi"nin futbolçuları dünya çempionatını qəlyan çəkə-çəkə izləyib" – Veteran qapıçı

    30.07.2026 11:42:48

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23

    Dünya çempionatı: Daha 5 qadın güləşçimiz xalça üzərinə çıxır

    30.07.2026 10:56:07

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved