Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Elçin Məsiyevin verdiyi qərarlar məni belə qıcıqlandırırdı" – Elmar Baxşıyev
    12.11.2023 21:06:23

    "Maraqlı oyun alındı. Hər iki komanda bir-birinə layiqli mübarizə apardı. Meydanda daha çox mübarizənin şahidi olduq. Hər iki komanda qalib gələ bilərdi. Şans "Zirə"nin tərəfində oldu".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın Xlll turunun "Zirə" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Bir neçə real qol epizodunu əldən verdiniz...
    – Qol çatmadı. Oyunu dəyişmək üçün qol vurmalısan. Çempionatın ən çox hücumda olub, ən az qol vuran komandasıyıq. Bu özü bizə siqnal verir ki, çoxsaylı epizodlara giririk, amma reallaşdırmaqda çətinlik çəkirik. Sonuncu yerdəyik. Danışmaq yox, işləmək lazımdır ki, nəyisə dəyişə bilək. Komandamdan razıyam. Amma hakimlik bərbad idi, hər epizodda futbolu çirkinləşdirməyə çalışırdı.

    – Bu mövsüm 9-cu məğlubiyyətiniz oldu. Uğursuzluq zolağından çıxmaq üçün nə edəcəksiniz?
    – Qol vurmaq, qələbə qazanmaq lazımdır. Neçə turdur ki, qol vurmuruqsa, qalib gəlmək mümkün deyil. Analiz edirik ki, nəyə görə həmin epizodlar qolla nəticələnmir. Bu gün bərabər səviyyəli oyun getdi.

    – Bir mövsüm kuboku qazanıb, digərində liqanı tərk etməyi seçərdiniz, yoxsa necə?
    – Mən performansımızı mövsümlərə bölmürəm. Çünki ötən mövsüm başqa komandamız var idi. Qarşımıza qoyulan hədəflərə çatdıq. İndi isə yeni komandamız var, sonuncuyuq. Daha çox çalışıb sonuncu pillədən qurtulmaq lazımdır.

    – Son 15 dəqiqədə komandanız aqressiv görünürdü. Qalan dəqiqələrdə niyə həmin aqressivlik yox idi?
    – Səbəbini indi sizə deyəcəyəm. İkili mübarizə gedir və ilk epizodda hakim oyunçumuza sarı vərəqə göstərir. 4-cü hakim çağırır ki, "Zirə"nin oyunçusuna da sarı vərəqə göstər, baş hakim bunu etmir. Futbol elədir ki, mübarizəyə imkan verməlisən. Elçin Məsiyev bu gün göstərirdi ki, bir komandanı qoruyuram, digərini necə istəyirəm əzirəm. Futbolçular da sonda istəklərini göstərməyə başladı.

    – Bəxtiniz gətirmədi, yoxsa hakimlərin səhvinə görə uduzdunuz?
    – Nəinki özümüzə, heç bir komandaya qarşı belə hakimlik arzulamaram. Hamı məni təmkinli adam kimi tanıyır. Ancaq Elçin Məsiyevin verdiyi qərarlar məni belə qıcıqlandırırdı.

    Futbol

    Nazir "Sabah"ın baş məşqçisini mükafatlandırdı

    26.11.2026 14:12:45
    Futbol

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01
    Futbol

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07
    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Nazir "Sabah"ın baş məşqçisini mükafatlandırdı

    26.11.2026 14:12:45

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved