Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqib heç də zəif deyildi" – 11 qol vurmuş komandanın baş məşqçisi
    12.11.2023 12:42:00

    “Heyətə cəlb etdiyim oyunçular futbola dünən başlamayıb. Onlar mütəmadi olaraq məşqlərdə iştirak edir, müxtəlif turnirlərə qatılırdılar".

    Prosport.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın qızlar komandasının baş məşqçisi İradə Quliyeva bildirib.

    AFFA-nın Yüksək Qızlar Liqasında iştirak edən və mövsümə qələbə ilə başlayan “Araz-Naxçıvan”ın qızlardan ibarət komandası ilk matçda “Şəmkir”i 11:1 hesabı ilə darmadağın edib. Uzun marafona qalibiyyətlə başlayan “qırmızı-ağlar”ın baş məşqçisi İradə Quliyeva bunu surpriz hesab etməyib. O, arazpfk.com-a açıqlamasında qələbənin sirrini bu cür izah edib: "Bu məqamda “Araz-Naxçıvan” rəhbərliyinə təşəkkür edirəm, bizə şərait yaratdılar və dəstək oldular. Biz də bu klubun adından ölkə çempionatına qatıldıq. Qızlar oyuna çox həvəslə çıxmışdılar. Böyükhesablı qələbə qazanmağımızı da buna bağlamaq istərdim. Çünki rəqibimiz olmuş “Şəmkir” heç də zəif komanda deyildi. Yeni mövsümə qələbə ilə başlamaq növbəti oyunlara daha motivasiyalı hazırlaşmağımız üçün stimul olacaq”.

    Təcrübəli mütəxəssis planlarından bəhs edərkən iddialı olduğunu da gizlətməyib: “Komandanın qarşısına konkret məqsəd qoyulmayıb. Amma baş məşqçi kimi, əlbəttə, hər zaman yüksək yerlər uğrunda mübarizə aparmağa çalışmışam. İşlərimizi də bu istiqamətdə qurmuşuq. Bilirəm, asan olmayacaq. “Araz-Naxçıvan” olaraq çalışacağıq ki, mövsümü yüksək yerlərdən birində başa vuraq. Klub rəhbərliyi bizim üçün normal şərait yaradıb. Qızlar da iddialıdır. Onlar da istəyirlər ki, həm mükafatçılar sırasına düşək, həm də özlərini inkişaf etdirməklə gələcəkdə millinin üzvünə çevrilsinlər”.

    Futbol

    Nazir "Sabah"ın baş məşqçisini mükafatlandırdı

    26.11.2026 14:12:45
    Futbol

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01
    Futbol

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07
    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Nazir "Sabah"ın baş məşqçisini mükafatlandırdı

    26.11.2026 14:12:45

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved