"2 fərqli hissə gördük. İlk hissədə əla çıxış etdik. 2-ci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik".
Prosport.Az-ın məlumatına görə, bunu "Sabah" basketbol klubunun məşqçisi Nikola Bojinovski deyib.
Şimali makedoniyalı məşqçi Azərbaycan Basketbol Liqasının III turu çərçivəsində "Xırdalan"a 99:87 hesabı ilə qalib gəlmələrindən danışıb: "Qələbə qazansaq da, oyuna sonradan daxil olan komanda üzvlərinin çıxışından razı qalmadım. Növbəti oyunlarda daha yaxşı çıxış etmək üçün səhvlərimiz üzərində işləyəcəyik".

