Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Samir Abbasovun etdikləri ucuz şoudur" – Adrian Mutu
    11.11.2023 19:31:32

    "Neftçi" Azərbaycan Premyer Liqasının Xlll turunda doğma meydanda "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Bizim üçün çətin oyun oldu. Matça istədiyimiz kimi başladıq. 2-ci yarıda rəqib komanda qapımıza qollar vurdu. Sonluq da hamıya bəllidir.

    – Matçdan öncə "Neftçi"nin qalib gələcəyini ehtimal edənlər çox idi. Qələbə üçün nə çatmadı, nədən narazı qaldınız?
    – Bilmirəm, sizə nə deyim. Amma hər zaman məqam gəlir ki, qalib gələk, bir addım da irəli gedək. Bunu bacara bilmirik. Hələ də başa düşə bilmirəm ki, necə olur, bu komanda səfərdə qalib gəlir, evdə bunu təkrarlaya bilmirik. Başa sala bilmirəm, nə baş verir. Səfərdə 14 xal qazanmışıq, evdə qalib gələ bilmirik. Halbuki, həm ev, həm də səfərdə tələblərimiz eyni olur. Deyəsən, evdə azarkeş amili rol oynayır. Deyim ki, təzyiq var, bu da yoxdur. Çalışacağıq ki, bunların öhdəsindən gələk. Səfər oyunlarında işləri istədiyimiz kimi alındıra bilirik. Xüsusən də, təcrübəli oyunçulardan, hücumdakı futbolçulardan daha artığını gözləyirəm. Oyunboyu duellərin hamısında uduzduq. Bəlkə də onun nəticəsində məğlub olduq.

    – Adrian Mutunun "Neftçi" azarkeşlərinə hansı sözü, necə mesajı var? Onlar sizdən işıq, stimul gözləyir. Təxmini vaxt verə bilərsiniz ki, işlər daha yaxşı olacaq?
    – Demişdim ki, yeni komanda qurulur, yeni komandada hər şey enişli-yoxuşlu gedir, nəticələr də fərqli ola bilər. Hazırda başa düşə bilmirəm ki, nə baş verir. Ev və səfər oyunlarımız arasında böyük fərq var. Əksinə olmalıdır. Çünki evdə oynayırsan, doğma meydançandır, özünü daha çox qorunmuş hesab etməlisən. Məni bu amil narahat edir. Futbolçuları da həmçinin. Onlar başa düşməlidir ki, "Neftçi" kimi komandada oynayırlarsa, daha çoxunu verməlidirlər. Görünür ki, bu, kifayət etmir.

    – Azər Əliyevlə Samir Abbasov arasında insident yaşandı. Sizə elə gəlmir ki, oyun planından əvvəl komandada intizam yaratmalısınız?
    – Mənim oyunçularım Samir Abbasov tərəfindən davamlı olaraq təhqir olunurdu. Bu, ucuz şoudur, şərh etmək istəmirəm. İlk dəfə deyil ki, təkrarlanır. Sumqayıtda da rəqibin baş məşqçisi belə edirdi. Baş məşqçidir, oyunçulara nümunə olmalıdır. Rəqibə təhqirdən istifadə etməməlidir. Futbol feyr-pleyi sevir. Qalib də gəlmək olar, uduzmaq da. Əsas odur ki, bunu necə edirsən.

    – Siz ulduz futbolçu olmusunuz, "Neftçi" də sovetlərdən bu yana tarix yazmış klubdur. Bunun hormoniyasından hələ ki, ortada bir şey çıxmır...
    – Hamı bilir ki, biz mövsümə necə başlamışıq. Mənə vaxt lazım idi ki, liqanı tanıyım, çempionatla tanış olam. Məsuliyyəti tam olaraq öz üzərimə götürürəm. Hamının gözləntiləri çoxdur. Bizim istəklərimiz də daha çoxdur. Edə biləcəyimiz yeganə məsələ işləməkdir. Bu vəziyyətdən dönüş yarada bilərik.

    – Azarkeşlərinizin istefaya səsləməsi sizi ruhdan salmır ki?
    – Onlar öz fikirlərini ifadə etməkdə sərbəstdirlər. Bu barədə bir söz deyə bilmərəm. Əgər kimsə düşünür ki, ən böyük problem məndədir, onlar fikirlərini ifadə etməkdə sərbəstdir. Bütün məsuliyyəti üzərimə götürürəm.

    Futbol

    Dadaşov yeni mövsümdə də kapitan olacaq

    30.07.2026 15:43:41
    Futbol

    Dünya çempionatının 3 oyununu idarə etmiş hakim Bakıya gəlir

    30.07.2026 15:12:07
    Müsahibə

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17
    Müsahibə

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32
    Futbol

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43
    Futbol

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çin millisinin üzvü Azərbaycan çempionatında

    30.07.2026 16:21:49

    Dadaşov yeni mövsümdə də kapitan olacaq

    30.07.2026 15:43:41

    Dünya çempionatının 3 oyununu idarə etmiş hakim Bakıya gəlir

    30.07.2026 15:12:07

    Kenan Piriçin menecerindən "Neftçi" ilə bağlı ittihamlar – MÜSAHİBƏ

    30.07.2026 14:44:17

    "Ailə vəziyyətimə görə yerli klubların təklifini qəbul etmədim" - Anatoli Nuriyev

    30.07.2026 14:14:32

    "Qarabağ"a 1-2 qol vurub, mərhələ keçmək mümkündür" - MOİK-in sabiq prezidenti

    30.07.2026 13:52:43

    "Srvena Zvezda", "Dinamo", "Seltik" və digərləri – "Sabah"ın potensial rəqibləri

    30.07.2026 13:10:26

    Azərbaycanda 2 futbolçu ağır qəzada öldü

    30.07.2026 13:10:00

    Azərbaycan klubu legioneri ilə müqaviləni yenilədi

    30.07.2026 12:44:25

    "Kəpəz" növbəti transferini reallaşdırdı - VİDEO

    30.07.2026 12:12:56

    "Bəlkə də "Neftçi"nin futbolçuları dünya çempionatını qəlyan çəkə-çəkə izləyib" – Veteran qapıçı

    30.07.2026 11:42:48

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23

    Dünya çempionatı: Daha 5 qadın güləşçimiz xalça üzərinə çıxır

    30.07.2026 10:56:07

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved