Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qələbə sevincim Mutuya cavab idi" – Samir Abbasov
    11.11.2023 19:10:44

    "Sumqayıt" Azərbaycan Premyer Liqasının Xlll turunda səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abbasov matçdan keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Oyuna kimi olan vəziyyəti sizə danışım. Necə edək, nə edək? Vəziyyət çox gərgin idi. Nəyə görə? Rəqib kimi bizim ehtiyat skamyamız yoxdur. Oktaviu, Asa Suliman, Kazimir Ninqa və Kamran Əliyev oyunu buraxmışdı. Necə edəcəkdik? Məcburi Səbuhi Abdullazadəni vinger oynatdıq. Roi Kehat da vinger oynadı. Başımızı sındırdıq. Dünən gecə futbola – Almaniya Bundesliqasına baxıram. Birdən qrupa tanıyanlar video göndərir. "Neftçi" TV video düzəldib. Sübhənallah. Dedim bu nə yaxşıdır. Bu gün gəlsin, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? "Neftçi" medianın böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. "Neftçi" TV-nin videosunu bu gün futbolçularımız göstərdi. "Neftçi"nin media departamentinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağolsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu.

    – Ötən oyundan sonra demişdiniz ki, bu qələbə kimlərəsə sürpriz gələ bilər. Bu gün "Neftçi" üzərində qazanılan qələbə ictimaiyyətə təəccüblü gəlməlidi?
    – Analizlər necə aparılır mənim üçün müəmmalıdır. Son turlarda formada olan bizik. "Neftçi"ni analiz edən adam mən deyiləm. "Neftçi" bu oyuna kimi nələr edib, onlara sualları verərsiniz. Bizim itkilərimiz var idi, "Neftçi" ev sahibidir, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin incəliklərə getsələr, bəlkə bu gün şansları 50/50 saya bilərdilər. Amma mən də azarkeş kimi üstünlüyü "Nefçti"yə verərdim. Bu qələbə sürprizdir? Xeyr. Uduzduğumuz matçlarda da dominantlığımız olub. Bu gün qələbəyə çox layiq idik.

    – Matç başa çatandan sonra qələbə sevinciniz Mutuya cavab idi?
    – 100 faiz. Cavabı verməliydik. Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, "Neftçi"yə gələn baş məşqçilər komandanı "Sumqayıt"la oyuna elə hazırlayırlar ki... Oyunlarımız gərgin keçirdi. Burada "mən" amili də var. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətləri var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir ki, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək.

    – "Neftçi" azarkeşləri sizə "Samir, qədrini bilmədik" sözləri dedi...
    – Bu haqda fikir bildirməyim. Oyunumuza görə də alqışladılar. Bir qrup insan var ki, oyuna da önəm verir. "Neftçi" səhifələri var, bəlkə 100-dən 50-si söyəcək. Tərifləyənlər sağolsunlar. Mən "Neftçi" üçün əlimdən gələni etmişəm, canımı qoymuşam, bacardığımı etmişəm, daha çoxunu da edə bilərdim. "Neftçi"nin, jurnalistlərin fikri belədir. Qismət elədir ki, "Sumqayıt"a qayıtmışam, buradan qalib çıxırıq. 

    – "Neftçi" ilə oyunlarda da sizin motivasiyanız xüsusidir?
    – Sizə elə gəlir. Əsla belə deyil. "Qəbələ"ni udmaq istəmirdik? Oyundan oyuna fərq var. Bu gün topla oynamayan komanda aqressiv görünməyə bilər. Topsuz komanda daha aqressiv görünür. "Neftçi"nin özəlliyi və böyüklüyü budur ki, bütün komandalar ona qarşı aqressiv oynayır. "Neftçi" flaqmanımız, tariximiz, canımızdır. Sumqayıt "Xəzər"inin vaxtında da intriqalar var idi. Onda mən yox idim axı. "Neftçi"yə qarşı hamı belə oynayacaq. Biz də qalib gəlmək istəyirik.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved