“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfərdəki görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.
Noyabrın 29-da baş tutacaq matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək edəcək.
Pireydəki Yorqos Karaiskakis adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, Qəbələdəki ilk oyunda Azərbaycan təmsilçisi təcrübəli rəqibinə 0:3 hesabı ilə uduzub.

