AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən təyinat alıb.
Prosport.Az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsı çərçivəsində keçiriləcək Slovakiya – İslandiya oyununun hakim-inspektoru Barış Şimşək olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 16-da Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq.

