"Bayer"lə matçda zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyovun durumu bəlli olub.
Prosport.Az xəbər verir ki, 32 yaşlı qolkiper 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "Qarabağ"ın həkimi Qena Kışlar Rusiya mətbuatına açıqlamasında bildirib.
Təcrübəli qapıçı Rusiya millisinin noyabrın 20-də Volqoqradda Kuba ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu mövsümün əvvəlində heyətinə qatıb. O, Ağdam təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

