Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kənarda müəyyən kütlələr tərəfindən hazırlanmış planlar var idi" – Etibar İbrahimov
    11.11.2023 09:01:04

    “Kəpəz” Azərbaycan Premyer Liqasının Xlll turunda səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin məşqçisi Etibar İbrahimov jurnalistlərin suallarını cavablandırıb:

    – Bu gün sevindirici hal o idi ki, təzyiq yox idi. Ən azından azarkeşlər bilirdilər ki, bir oyunluq buradayam, istefa qışqırmayacaqlar. Azər Məmmədova görə oynadıq. Zaman lazım idi ki, komanda özünə gəlsin. Sübut etdik ki, Azər müəllim yaxşı komanda formalaşdırıb. Sadəcə müəyyən zədələr, səhvlər bizi acı məğlubiyyətlərə gətirib çıxardı. Bu gün komanda hər şeyi etdi ki, azarkeşləri sevindirsin. Möhtəşəm azarkeşlərimiz bizimlə idilər. Onlara təşəkkür edirəm. Bu, yəqin ki, axırıncı çıxışımızdı. Komandamıza uğurlar arzulayıram. Allah qoysa, “Kəpəz” layiq olduğu yerə gəlib çıxarlar. Yeni gələn məşqçiyə də uğurlar arzulayıram.

    – Komandanın xaraktet göstərməsi üçün Azər Məmmədovun getməsi lazım idi?

    – Hərdən həyatda elə şeylər olur ki, insanlar yaxınlarını itirəndə qədrini bilirlər. Uşaqlar Azər müəllimi itirdiklərini gördükdə, onun üçün döyüşdülər. O, komandanı yüksək səviyyədə idarə etdi, hər şeyi etdi ki, Gəncə futbolu ayağa qalxsın. Əfsuslar olsun ki, Azər müəllimə bəzi kütlələr tərəfdən zaman tanınmadı. Müəyyən səbəblərə görə Azər Məmmədov istefa verdi.

    – Sizə baş məşqçi kimi qalıb işləmək təklif olunsa, cavabınız necə olacaq?

    – Azər müəllimlə gəlmişəm. Onunla birlikdə komandanı tərk edirəm. Baş məşqçi və ya köməkçi kimi qalmaq niyyətim yoxdur. 

    – Gələcək planlarınız haqda nə düşünürsüz?

    – Bilmirdim ki, bu gün qələbə qazanacağıq. Ağır günlər keçirdik. Zaman lazımdır ki, özümüzə gələk. Allah nə yazıbsa, o da olacaq.

    – Daha çox ölkə xaricində işləmisiz. Yenidən xaricə gedəcəksiz?

    – Dekabrda Almaniyaya getməyi planlaşdırıram. “Ayntraxt”la müqaviləm var idi. Onları “Kəpəz”də işləmək üçün təxirə saldım. Akademiya pandemiyaya görə bağlanmışdı. Buna görə kompensasiya vermişdilər. “Kəpəz”ə gəldim, xidmət etmək üçün. Azər Məmmədov kimi insanla işləmək şərəf idi. Heç nəyə peşman deyiləm. Premyer Liqada təcrübə qazandıq. 8 il alman məşqçi ilə işləmişəm. Deyirdi ki, Etibarla dalaşırıq, vuruşuruq, sonda komanda üçün xeyirdir. Azər Məmmədovla da belə idi.

    – Sizcə, gələn məşqçi Gəncə futboluna, “Kəpəz”ə uğur qazandıracaq, yoxs, müəyyən kütlə orada qaldıqca, Joze Mourinyo da gəlsə, düzəldən deyil?

    – Bu suala 60 faiz cavab verəcəm. Bəli, müəyyən problemlər var. Çox xoş haldır ki, bu il komandanın içində problem yox idi. Amma kənarda müəyyən kütlələr tərəfindən hazırlanmış planlar var idi. Əfsuslar olsun ki, bu, Gəncə futbolunun inkişafına təsir etdi. Ümid edirəm ki, gələn məşqçi Gəncə futbolu üçün uğurlar qazandırar.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved