Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Belə penalti vermək çox sadəlöhvlükdür" – Qurban Qurbanov
    10.11.2023 00:36:45

    "Qarabağ" Avropa Liqası qrup mərhələsinin lV turunda doğma meydanda "Bayer"ə 0:1 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki. Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, bu cür azarkeş qarşısında oynamaq çox xoş idi. Onlara da təşəkkür edirəm. Çox istəyərdik ki, bir xal qazanaq. Əfsuslar olsun ki, son dəqiqədə qol buraxdıq. Bu oyun komandaya həm təcrübə, həm dözümlülük baxımından çox şey qazandırdı. Səbəb axtara bilərik. Amma mən tərəfdarıyam ki, özümüz daha diqqətli olmalıyıq. Xüsusən də, belə komandalara qarşı .Məğlub olduq. Amma 90 dəqiqə heç olmasa azarkeşlər yaxşı mübarizə, yaxşı oyun izlədilər. Bu cür komandanı, bu cür futbolçuları canlı gördülər. Belə oyunlar futbolumuzun inkişafına, sevilməsinə böyükl fayda verir.

    - Demişdiz ki, "Bayer"ə qarşı əvvəlkindən daha yaxşı çıxış edəcəyik. Qısa müddətdə bu qədər dəyişikliyə necə nail olduz?

    - Futbolçuların köməyi ilə. Böyük hesablı məğlubiyyət mən qarışıq, futbolçulara da pis təsir etmişdi. Bu dəqiqə futbol elə səviyyəyə çatıb ki, istənilən matçda 4-5 qol vurmaq problem deyil. Hər tur bunu görə bilirdik. Futbolçular həqiqətən rəqibi analiz edəndə, çox diqqətli oldular, meydanda da çox intizamlı oynadılar, çox səbirli oldular. Məncə, birlikdə yaxşı kollektiv hesabına rəqibə qarşı intizamlı oyun qurduq.

    - Arxa xətt oyunçuları dəyişdiz. Zədələri var idi?

    - Müdafiə xəttində nadir hallarda dəyişiklik edirəm. Əsas heyətdə dəyişikliyi özüm üçün düzgün saymıram. Çünki rəqibə qarşı ilk onbirliklə hazırlaşırıq. Onlar daha yaxşı icra edirlər tapşırığı. Marko Veşoviç dəyişikliyi özü istədi. Elvin də çox yorulmuşdu. Özü istədi. İlk dəyişiklik düşündüklərimə görə olmadı. Maksim Medvedevi meydana buraxdıq. Üç mərkəz müdafiəçisi ilə oynadıq. Elvin və Veşoviçin çıxması balansı pozdu. Ciddi bir şey də yox idi. Bir epizodda penalti verildi. Orada da bəlkə daha intizamlı oynamaq olardı.

    - Penalti epizodunu necə şərh edərdiz? Belə epizod Almaniyada olsaydı, verərdilər penaltini?

    - Yalan deyərəm, verərdilər, ya yox. Versəydilər də, daha çox düşünəcəkdilər. Belə epizodlarda həmişə böyük klublara simpatiya daha çox olur. Hakimə iradlarımı bildirdim. Epizoda da baxdım. Oyunçu topu görmürsə, nə etməlidir? Almaniyada olsaydı, 100 faiz verməyəcəkdilər

    - Maksim Medvedev oyundan sonra sizinlə danışdı?

    - Maksimi görmədim. Meydanda idi. Müzakirə olunası mövzu deyil, texniki epizoddur. O qədər belə oyunlarda bu cür penaltilər olub ki. Dünən "Mançester Yunayted"in oyununda ikinci qolda həm qırmızı, həm də penalti verdilər. Belə penalti vermək çox sadəlöhvlükdür. Mübarizə gedir, əl hərəkətləri olur. Futbolçu əllərini bağlayıb qaça bilməz. Futbolçular diqqətli olmalıdır. Qaydalardı, demək çıxa bilmirlər bundan. Maksimə gəldikdə, müzakirə olunası bir şey yoxdur. 

    - Andrey Lunyovun vəziyyəti nə yerdədir?

    - Dizində ciddi ağrı var. Bəlkə yenidir. Çox ciddi zərbə olmuşdu. Oynaqlarında ağrı hiss edir. Görək də. Ola bilər ki, sabah dəqiq məlumat verək.

    - Beş gün öncə "Kəpəz"lə matçda 200 tamaşaçı izləyirdisə, bu gün stadion dolu idi. Bu dizbalans futbolçulara mənfi təsir edir?

    - Çox təsir edir. Çox istəyərdik ki, milli çempionatımızda da bu qədər azarkeş olsun. Çünki biz texniki, taktiki, fiziki tərəfdən futbolçunu hazırlaya bilərik. Amma onları daha sürətli, düzgün icra etmək üçün azarkeş böyük köməkdir. Biri var ki, futbolçular meydanda danışanda bir-birini eşidirlər, biri də var azarkeşlə olan oyun. Azarkeş üçün oynayırıq. Daha çox azarkeşi stadiona cəlb etməyi düşünməliyik. Futbolu sevdirməliyik. Klublar daxil olmaqla, futbola cavabdeh qurumlar, hamımız futbolu ölkəmizə sevdirməliyik. Olmasa, çempionatlarımızda tribunalar boş qalacaq. Azarkeşssiz futbol, futbola bənzəmir. Deyirlər ki, Azərbaycanda futbolu sevmirlər, azarkeş yoxdur. Xeyr, var. Böyük azarkeş kütləsinə sahibik. Sadəcə hansısa yollarla dil tapıb, matçlara cəlb etmək olar. Stadionda 10-15 min azarkeş olsa, hamımız məsuliyyətli olacağıq. Məğlubiyyətdən daha da qorxacağıq, ustalıq daha tez artacaq. Amma üç gündən sonra "Səbail"lə oyuna çıxacağıq, görək nə qədər azarkeş olacaq.

    - "Qarabağ" beşli müdafiəyə keçəndə, qol buraxır. "Viktoriya"(Plzen), "Neftçi" və bu gün. "Qarabağ" dördlü müdafiəni sanki daha çox bacarır, beşli müdafiəyə keçəndə komanda qol buraxır...

    - Belə düşünməzdim. Bəli, beşli müdafiə funksiyası var idi, amma dördlü kimi qalmışdıq. Veşoviç və Elvinin çıxması dizbalans yaratdı. Bizim bu cür dəyişikliklərlə qalib gəldiyimiz oyunlar da olub. İstəmədən üç oyunçu dəyişikliyinə getdik. Sistem pozulur. Penalti epizodundan başqa nəsə olmadı. Hər şey istədiyimiz kimi gedirdi. Texniki epizod idi. Çox da müzakirə olunası məqam deyil.

    - Qapıçının zədələnməsi və müdafiədəki çaxnaşma bu nəticəyə gətirib çıxardı...

    - Heç bir çaxnaşma olmadı. Bir epizod idi. Uzun toplar oynayırdılar, heç nə yox idi. Texniki epizod idi. 

    - "Çerez sebya" oldu..

    - Futbolçuları da nəzərə almaq lazımdır. "Bayer" böyük komandadır. Hər epizoddan istifadə etməyi bacarırlar. Yola verək getsin(gülür).

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved