Bu gün l Liqada Vlll tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub. Lider MOİK və onun ən yaxın izləyicisi "Şamaxı" bu tur qələbə qazana bilməyib.
MOİK – “İrəvan” və “Zaqatala” – “Şamaxı” görüşlərində qalib müəyyənləşməyib. “Difai Ağsu” isə “Mingəçevir”ə məğlub olub.
1-ci Liqa
Vlll tur
9 noyabr
“Difai Ağsu” – “Mingəçevir” 0:1
Qol: Elsevər Bəkirzadə, 81
Ağsu şəhər stadionu
“Zaqatala” – “Şamaxı” 1:1
Qollar: Bəhruz Teymurov, 57 – Elşad Tağıyev, 14
Zaqatala OİK stadionu
MOİK – “İrəvan” 0:0
Binə qəsəbə stadionu

