Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) lll turunun növbəti oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, Xaçmaz təmsilçisi “NTD-Indigo” doğma azarkeşləri önündə “Gəncə” klubu ilə qarşılaşıb.
Oyuna üstün başlayan ev sahibi yekunda rəqibi üzərində 94:76 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “NTD-Indigo”da Cared Smol (21 xal, 5 ribaund), “Gəncə”də Kenyon Dulinq olub (18 xal, 1 ribaund).
Qeyd edək ki, lll turun növbəti oyunları (“Sərhədçi” – “Sumqayıt”, “Neftçi” – “Şəki”, “Xırdalan” – “Sabah”) sabah və 11 noyabr tarixində baş tutacaq.

