Qadınlardan ibarət Ukrayna millisinin sabiq futbolçusu İya Andruşçak "Vorskla"nın kişilərdən ibarət U-19 komandasının baş məşqçisi təyin olunub.
Prosport.Az xəbər verir ki, tərəflər 6 ay müddətinə razılığa gəlib. Ukraynalı UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
Qeyd edək ki, İya Andruşçak Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. 2012-2016-cı illərdə Rusiyada "Kubanoçka" (2012-2013) və "Zvezda 2005" (2013-2016) klublarında oynayıb. İya 2 dəfə Rusiya çempionatının və 3 dəfə ölkə kubokunun qalibi olub.

