Avropa Konfrans Liqasında qrup mərhələsinin lV turunun oyunları keçirilir.
Prosport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Çexiyada "Viktoriya"nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, 3 oyunun hamısında qalib gələn "Viktoriya" 9 xalla qrupun lideridir. 3 xalı olan "Dinamo" isə 2-ci yerdədir. Qrupdakı digər komandalar "Balkani" və "Astana"nın da 3 xalı var.

