“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Reqekampf Rumıniya klubu “Universitatya"nı (Krayova) aldadıb.
Prosport.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis müqavilənin ləğvi üçün razılaşdırılan 300 min avro təzminatı kluba ödəməyib.
Bunu “Universitatya”nın sahibi Mihay Rotaru açıqlayıb. O bildirib ki, mövsümün gedişində sözləşməyə təktərəfli xitam verən və Səudiyyə Ərəbistanının “Əl-Tai” klubunun “sükanı arxasına" keçən Reqekampfla bağlı məhkəməyə müraciət olunub.
Qeyd edək ki, Laurentsiu Reqekampf ötən mövsümün sonunda “Neftçi”dən ayrılıb.

