“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer” ilə qarşılaşacağı oyuna 30 min bilet satılıb.
Prosport.Az xəbər verir ki, bu gün baş tutacaq matçın bütün biletləri satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionunun tribunaları tam dolacaq.
Qeyd edək ki, “Qarabağ” – “Bayer” matçı bu gün saat 21:45-də başlayacaq.

