“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi 4-cü matçda Monteneqro “Mornar”ını qəbul edib. Qarşılaşma "Sabah"ın 81:74 hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçimiz müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.
Qeyd edək ki, qrupda bu iki komandadan savayı Türkiyənin "Bahçeşehir" və Çexiyanın "Nimburk" klubları da yer alıb.

