Bolqarıstan çempionatında XVl turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Çerno More” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arda” hazırda 25 xalla 7-ci pillədə qərarlaşıb.

