Türkiyə l Liqasında Xl turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçuların formasını geyindiyi komandalar üz-üzə gəlib.
Coşqun Diniyevində çıxış etdiyi “Ümraniyəspor” doğma meydanda Bəxtiyar Həsənalızadənin də oynadığı “Tuzlaspor”u qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1.
Azərbaycanlı futbolçuların hər ikisi start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.
11 turdan sonra “Ümraniyəspor” 9 xalla 16-cı, 8 xalı olan “Tuzlaspor” isə 17-cidir.

